Bakının mərkəzində bina yanır - VİDEO
    • 4-06-2019, 12:32
    • 1 289

Bakının mərkəzində bina yanır - VİDEO

Bakının Yasamal rayonu, “Nizami” metrosu yaxınlığında yerləşən binada yanğın başlayıb.

News24.az Oxu.Az-ıa istinadla xəbər verir ki, yanğın Balababa Məcidov küçəsindəki hündürmərtəbəli binada qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Binanın səkkizinci mərtəbəsində başlayan yanğının söndürülməsi istiqamətində iş aparılır.