Azərbaycanlı dizayner "Semaşko"nu tənqid etdi: "İşıq yox idi, renanimasiyada generatorlar işləmirdi" - FOTO
    • 3-07-2018, 11:41
    • 1 659

Azərbaycanlı dizayner "Semaşko"nu tənqid etdi: "İşıq yox idi, renanimasiyada generatorlar işləmirdi" - FOTO

Dizayner və PR menecer Ləman Əskərova “Semaşko” kimi tanınan 1 saylı Kliniki Tibbi Mərkəzi tənqid edib. 

Xəstəxananın reanimasiya şöbəsində yaxın adamının olması və gecə saatlarında ölkə üzrə elektrik enerjisi kəsilən zaman generatorların işləməmsi L.Əskərovanın narahatçılığına səbəb olub. 

O, bu haqda şəxsi instagram hesabında məlumat verib:

“Bu gecə “Semaşko” xəstəxanasında yaşanan hadisə haqda geniş məlumat vermək istəyirəm. İnsanlar bundan xəbərdar olmalıdır. Bu gecə yaşadığımız cəhənnəmi günahkarlara heç vaxt bağışlamayacağam.

İşıq yox idi, renanimasiyada generatorlar işləmirdi. Yaxın adamım və onunla bərabər bir neçə nəfər reanimasiyada xüsusi avadanlıqlarla yaşayırdı”.

Məsələ ilə bağlı 1 saylı Kliniki Tibbi Mərkəzlə əlaqə saxladıq. Telefona ilk cavab verən xanım bununla bağlı gecə növbəsindən məlumat ala biləcəyimizi dedi və əlavə əlaqə nömrəsi təqdim etdi.

Həmin nömrə isə mövzunu bildikdən sonra telefona cavab vermədi. 

Teymur Məmmədov