"Prezident İlham Əliyevin iftar məclisində iştirak etməsi, bütün dünyaya Azərbaycanda qurulan tolerantlığı göstərdi
    • 5-06-2019, 12:55
    • 768

"Prezident İlham Əliyevin iftar məclisində iştirak etməsi, bütün dünyaya Azərbaycanda qurulan tolerantlığı göstərdi"

“İftar məclisinin təşkil olunması, prezident İlham Əliyev cənablarının, bütün dinlərin nümayəndələrinin, xarici diplomatların iftar məclisində iştirak etməsi, bütün dünyaya, Azərbaycanda qurulan tolerantlığı göstərdi”.

News24.az xəbər verir ki, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

A.Paşazadə dindarlar adından I Vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib: "Azərbaycanın I Vitse-prezidenti Mehriban xanımın rayonlarda iftar süfrələrində iştirak etməsi və iftar verilməsi o deməkdir ki, dövlət öz mədəniyyətinə, öz dininə, əqidəsinə, milli ənənəsinə sadiqdir, bu, davam edir və inkişaf edir. Ona görə dövlətə dindarlar adından təşəkkür edirik”.