Qubada 13 yaşlı oğlan 4 yaşlı qızı seldən xilas edib
    • 6-06-2019, 17:27
    • 2 082

Qubada 13 yaşlı oğlan 4 yaşlı qızı seldən xilas edib

Quba Rayon İcra Hakimiyyətinin başçısı 4 yaşlı həmkəndlisini sel sularından xilas edən məktəblini qəbul edib. 

News24.az -ın xəbərinə görə, bu haqda sosial şəbəkələrdə məlumat verilib.

hadisə mayın 22-də Cimi kəndində baş verib. VI sinif şagirdi İsrafilov Dəyanət suda boğulmaqda olan 4 yaşlı Qızbikəni xilas edib. Daha sonra o, 3 yaşlı Yusifi də sudan çıxarmaq üçün geri qayıdıb. Amma onun həyatını xilas edə bilməyib.

İcra başçısı İV sinif şagirdi Dəyanət İsrafilova Mübariz İbrahimovun portretini hədiyyə edib.