Nazir Ismayıllıda vətəndaşlarla görüşdü
    • 7-06-2019, 13:19
    • 800

Nazir Ismayıllıda vətəndaşlarla görüşdü

İyunun 7-də gənclər və idman naziri Azad Rəhimov İsmayıllı rayonunda, İsmayıllı, Qəbələ, Oğuz rayonlarından olan vətəndaşları qəbul edib. Heydər Əliyev Mərkəzində baş tutan qəbulda ümumilikdə 15 nəfər vətəndaş iştirak edib.

Nazirliyin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, müraciətlər gənclər və idman sahələri, idman qurğularına idman avadanlığının verilməsi, QHT-lərin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı ilə bağlı olub. Gənclər evlərinin tikintisi, fəxri adların və məşqçilik dərəcələrinin verilməsi, eyni zamanda, şəxsi məsələlər də müraciətlər sırasında olub.

Müraciətlərin bir qismi yerindəcə həll edilmiş, nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlərin isə qeydə alınaraq aidiyyəti üzrə göndəriləcəyi bildirilmişdir. Bir qisim müraciət isə baxılması üçün icraya yönəldilmişdir.