“Günəş günü” - Bakıda növbəti Yoqa Sağlamlıq Festivalı keçiriləcək
    • 7-06-2019, 19:44
    • 851

“Günəş günü” - Bakıda növbəti Yoqa Sağlamlıq Festivalı keçiriləcək

Hər il bütün yoqasevərlər Beynəlxalq Yoqa Gününü qeyd etmək üçün, YARAT-ın Dənizkənarı Bulvar İdarəsi ilə birgə əməkdaşlığı çərçivəsində həyata keçirdiyi nəhəng festivala toplaşır. 

“YARAT”dan News24.az –a verilən məlumata görə, festival iyunun 16-da Dənizkənarı Parkda baş tutacaq. 

Ən qabaqcıl müəllimlərin, sağlamlıq və özünüdərketmə mövzusuna biganə yanaşmayan hər kəsin yığışdığı sayca beşinci festivaldır. Bu ilki tədbir, Yoga Shahi studiyasının təsisçisi Sabina Şahinin kuratorluğu ilə həyata keçiriləcək. Sizi fərqli yoqa növləri, incəsənət və hərəkət gözləyir! Tədbirin əsas tərəfdaşlarından biri Hindistanın Azərbaycandakı səfirliyidir.