Bakıda 4 məktəb inklüziv təhsilə cəlb edilib

Bakıda 4 məktəb inklüziv təhsilə cəlb edilib
SOSİAL

12 iyun 2019, 18:24

Mətn ölçüsü

Bakı şəhəri üzrə 4 ümumi təhsil müəssisəsində 52 şagird inklüziv təhsilə cəlb edilib. 


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev News24.az-a bildirib ki, “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”na əsasən, çoxsaylı işlər görülüb, bu sahədə müəllimlərin üzərinə düşən vəzifələr müəyyənləşdirilib.