Elçibəyin həyat yoldaşı vəfat etdi - Yeniləndi
    • 14-06-2019, 13:43
    • 1 506

Elçibəyin həyat yoldaşı vəfat etdi - Yeniləndi

Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva vəfat edib.

News24.az xəbər verir ki, bu barədə sabiq baş nazir Pənah Hüseyn məlumat verib.

O, Həlimə xanımın Türkiyədə vəfat etdiyini deyib:

“Çox ağır xəbər aldım. Əbüləfəz Elçibəyin həyat yoldaşı Həlimə xanım Türkiyədə vəfat edib. Allah rəhmət eləsin”.

Yaxınlarının News24.az-a verdiyi məlumata görə, Həlimə Əliyeva İstanbulda yaşayan qızıgilə qonaq gedibmiş.

Onun xəstəlik səbəbindən dünyasını dəyişdiyi bildirilir.