17 noyabr tarixi ilə bağlı xəbərdarlıq edildi

17 noyabr tarixi ilə bağlı xəbərdarlıq edildi Sosial

17 noyabr tarixində Yer kürəsində qısamüddətli maqnit qasırğası baş verə bilər.

News24.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Məlumata görə, zəif maqnit qasırğasının baş vermə ehtimalı 56 faiz, geomaqnit aktivliyinin sarı səviyyəyə yüksəlməsi ehtimalı isə 35 faizdir.

Heç bir dəyişiklik olmayacağı ehtimalı cəmi 9 faiz qiymətləndirilir.

Qeyd olunub ki, geomaqnit aktivliyi artıq səkkiz gündür yaşıl zonada qalır. Lakin çərşənbə axşamı Yerin kiçik tac dəliyindən gələn axının təsirinə düşməsi səbəbindən vəziyyət dəyişə bilər.

Laboratoriyanın məlumatına görə, Günəşin səthində çoxsaylı ləkələr müşahidə olunsa da, ulduzda aktivlik demək olar ki, yoxdur. Belə ki, bazar günü dörd zəif alışma qeydə alınıb, daha biri isə bazar ertəsi səhər baş verib.

Alimlər Günəşin əks tərəfində baş verən proseslər barədə hazırda dəqiq məlumata malik deyillər. Bununla belə, həmin hissədə də ciddi aktivliyin olmadığı ehtimal edilir.

Günəş aktivliyindəki bu sakitliyin nə qədər davam edəcəyi isə hələlik məlum deyil.