Bu gün Səhiyyə işçilərinin peşə bayramı günüdür!
    • 17-06-2019, 10:23
    • 1 227

Bu gün Səhiyyə işçilərinin peşə bayramı günüdür!

İnsan üçün çox qiymətli olan, lakin çox vaxt qayğısına qalmadığı ən böyük sərvət sağlamlıqdır. İnsan sağlamlığının keşiyində isə tibb işçiləri durur.

News24.az xəbər verir ki, ümummilli lider Heydər Əliyev səhiyyə işçilərinin xüsusi əməyini dəyərləndirərək onlar üçün peşə bayramı günü təsis edib.

2001-ci il iyunun 4-də imzalanan Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Peşə bayramı münasibətilə Azərbaycandakı bütün səhiyyə işçilərini təbrik edir, onlara işlərində müvəffəqiyyətlər arzulayırıq!