Nazirlik: Bu günə qədər 460 min hektardan çox ərazidə taxıl biçini aparılıb
    • 20-06-2019, 14:14
    • 710

Nazirlik: Bu günə qədər 460 min hektardan çox ərazidə taxıl biçini aparılıb

Bu günə qədər Azərbaycanda 460 057 hektar ərazidə taxıl biçini aparılıb.

News24.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bunun 279 486 hektarı arpa, 180 571 hektarı isə buğda sahəsidir.

Ümumilikdə, bu il ölkədə 1 009 140 hektar ərazidə taxıl əkini aparılıb. Bunun 331 347 hektarı arpa, 677 793 hektarı isə buğda sahəsidir.
Ümumilikdə, bu günə qədər 1432 433 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 31,1 sentner təşkil edir.

Bərdə, Zərdab, Yevlax, Sabirabad, Kürdəmir, Göyçay və Balakən rayonlarında arpa biçini başa çatıb. Ağcabədi, Beyləqan, Cəlilabad, Masallı, Qax, Biləsuvar, İmişli, Saatlı, Ucar, Füzuli rayonlarında arpa biçini başa çatmaq üzrədir. Biləsuvar ərazisində arpa əkilmiş 14 900 hektar sahənin 14 870 hektarı artıq biçilib.Rayonda arpa üzrə məhsuldarlıq 31 s/ha təşkil edir.
Füzuli ərazisində arpa əkilmiş 8 505 hektar sahənin 8 468 hektarı artıq biçilib.Rayonda arpa üzrə məhsuldarlıq 29,1 s/ha təşkil edir. Şəki, Hacıqabul, Salyan, Ağsu, Ağdaş, Goranboy, Ağdam, Tərtər rayonlarında da arpa biçinində yüksək nəticələr əldə edilib:

RayonArpa sahəsi, haBiçilmiş sahə, haMəhsuldarlıq, s/ha
Şəki21 62618 79034,3
Sabirabad9 6009 60037,5
Zərdab5 7305 73030,6
Yevlax5 0835 08329,0
Cəlilabad4 5094 46035,2
Bərdə2 5682 56838,2
Beyləqan1 7651 76029,2
Ağsu16 03614 72031,0
Goranboy12 64810 69329,0
Qax2 8812 84326,0
Masallı2 7862 73821,0
Ağcabədi5 6375 60933,3
Füzuli8 5058 46829,1
Ağdam2 2152 15535,4
Tərtər3 8153 68633,8
İmişli6 3226 31734,2
Göyçay6 8516 85129,6
Salyan9 9179 39036,2
Ağdaş11 6309 69323,5
Saatlı5 8225 82136,2
Siyəzən2 5162 26729,1
Balakən45845828,6
Cəbrayıl55054830,5
Lənkəran686812,1
Ucar7 7167 66126,7
Neftçala31 40431 20427,5
Biləsuvar14 90014 87031,0
Hacıqabul11 0089 96727,0
Digər rayonlarda da arpa biçini qrafikə uyğun davam etdirilir.