“Nizami” stansiyasının eskalatoru əsaslı təmir olunur

“Nizami” stansiyasının eskalatoru əsaslı təmir olunur
SOSİAL

20 iyun 2019, 14:42

Mətn ölçüsü

Daha bir eskalatorun əsaslı təmiri başa çatdırılıb “Nizami” stansiyasının “LT-3” tipli 3 saylı eskalatorunda əsaslı təmir işlərinə başlanılıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, müvafiq texniki göstəricilərinə uyğun olaraq, bu tip eskalatorlar təxminən 110.000 km qaçış məsafəsindən sonra əsaslı təmirə dayandırılır.

Təmir dövründə eskalatorun əsas hissələri sökülərək, təmir-təftiş olunacaq, zəruri hissələr yenilənərək quraşdırılacaq.Sentyabr ayında eskalatorların yenidən istismara verilməsi planlaşdırılır. Qeyd edək ki, “Nizami” stansiyasının 3 saylı eskalatorunda əsaslı təmir işləri sonuncu dəfə 2012-ci ildə aparılıb.

Onu da əlavə edək ki, “Həzi Aslanov” stansiyasında olan “ET-5M” tipli 2 saylı eskalatorun əsaslı təmiri artıq başa çatdırılıb və sərnişinlərin istifadəsinə verilib.