Bakı-Qazax yolunda DƏHŞƏTLİ QƏZA - FOTO
    • 21-06-2019, 10:37
    • 904

Bakı-Qazax yolunda DƏHŞƏTLİ QƏZA - FOTO

Bu gün səhər saatlarında Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 18-ci kilometrliyində baş vermiş avtomobil qəzası nəticəsində yol təsərrüfatına ziyan dəyib.

Agentlikdən News24.az-a verilən məlumata görə, “Shagman” markalı 99 DF 915 dövlət nömrə nişanlı yük maşını Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yerüstü piyada keçidinə çırpılıb. Qəza zamanı yerüstü piyada keçidi və içərisində olan lift sıradan çıxıb.

Hazırda qəzanın fəsadları Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aradan qaldırılır.