Kür çayında iki yeniyetmə batıb - MEYİTLƏRİ HƏLƏ TAPILMAYIB

Kür çayında iki yeniyetmə batıb - MEYİTLƏRİ HƏLƏ TAPILMAYIB
SOSİAL

21 iyun 2019, 15:59

Mətn ölçüsü

Kür çayında iki yeniyetmə batıb. Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Kür çayının Salyan rayonu, Aşağı Noxudlu kəndi ərazisindən keçən hissəsində 2 nəfər batıb.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.