Kürdə batan qardaşlardan birinin meyiti tapıldı - DİGƏRİ AXTARILIR

Kürdə batan qardaşlardan birinin meyiti tapıldı - DİGƏRİ AXTARILIR
SOSİAL

22 iyun 2019, 11:21

Mətn ölçüsü

Salyan rayonu ərazisində iki qardaş Kür çayında çimərkən boğulub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, iyunun 21-də Kür çayının Salyan rayonu, Aşağı Noxudlu kəndindən keçən hissəsində batan şəxslərdən birinin, 2003-cü il təvəllüdlü Sadıqov Rəvan Seymur oğlunun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Digər şəxsin axtarışları davam etdirilir.