Kadırov: Leyla Əliyeva həyatını mərhəmət ideyalarının yayılmasına həsr edib
    • 23-06-2019, 14:13
    • 1 250

Kadırov: Leyla Əliyeva həyatını mərhəmət ideyalarının yayılmasına həsr edib

Leyla Əliyeva bütün həyatını dünyada xeyirxahlıq və mərhəmət ideyalarının yayılmasına həsr edib.

News24.az  baku.news-ə istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov öz “Instagram” səhifəsində yazıb.

R.Kadırov Minskdə Heydər Əliyev Fondunun prezidenti Leyla Əliyeva ilə görüşməkdən məmnunluğunu ifadə edib:

“Mənim İlham Heydər oğlu ilə son dərəcə mehriban münasibətlərim var. Buna görə də Minskdə Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ilə görüşdən çox şad oldum.

Leyla İlham qızı çox gözəl təhsil almış, ziyalı qızdır. O, bütün həyatını dünyada xeyirxahlıq və mərhəmət ideyalarının yayılmasına həsr edib və bu yolda çox böyük uğurlara nail olub”.

Çeçenistan rəhbəri əlavə edib ki, bunu Leyla Əliyevanın BMT-nin xoşməramlı səfiri və İslam Konfransı Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisi seçilməsi də sübut edir:

“Leyla İlham qızı şeirlər yazır və jurnal redaktə edir. Bütün bunlar Azərbaycanın bütün dünyada müsbət imicinin yaranmasına xidmət edir.

Bu il Leyla Əliyevanı Qroznıda görməkdən, mədəniyyət, idman və humanitar sahələrdə əlaqələri genişləndirməkdən şad olacağıq”.

Qeyd edək ki, iyunun 21-də Minskdə II Avropa Oyunlarının açılış mərasimi keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılış mərasiminə baxıb. Bu gün isə Leyla Əliyeva “Minsk 2019” II Avropa Oyunlarında iştirak edən milli komandamızın üzvləri ilə görüşüb.