Bakıda iki gənc dənizdə batdı

Bakıda iki gənc dənizdə batdı
SOSİAL

23 iyun 2019, 18:12

Mətn ölçüsü

Bu gün Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Səbail rayonunda dənizdə, qeyri-çimərlik ərazidə 2 nəfərin çimərkən batması barədə məlumat daxil olub.

News24.az-ın Fövqəladə Hallar Nazirliyinın saytına istinadən verdiyi məlumata görə, dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri batan  şəxslərin (şəxsiyyətləri dəqiqləşdirilir) meyitlərini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.