Lənkəranda 7 tələbənin halı pisləşdi
    • 24-06-2019, 15:55
    • 764

Lənkəranda 7 tələbənin halı pisləşdi

Bu gün Lənkəran Dövlət Universitetində 7 tələbənin halı pisləşib.

News24.az 
xəbər verir ki, imtahan sessiyası zamanı baş verən hadisə ilə bağlı açıqlama verən Səhiyyə Nazirliyinin mətbuat xidməti ilkin ehtimal olaraq tələbələrin halının pisləşməsini hava şəraiti ilə əlaqələndirib: "Tələbələr səhər saat 10-11 radələrindən başlayaraq fasilələrlə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına gətiriliblər. Hər birinin halı pisləşib. Təxminən 40 dəqiqə 1 saat xəstəxanada qaldıqdan sonra evlərinə buraxılıblar".