Azərbaycan hərbçiləri Belarusda hərbi paradda İŞTİRAK EDƏCƏK

Azərbaycan hərbçiləri Belarusda hərbi paradda İŞTİRAK EDƏCƏK
SOSİAL

28 iyun 2019, 10:35

Mətn ölçüsü

Azərbaycan Ordusunun bayraqdarlar heyəti iyulun 3-də keçiriləcək Belarus Respublikasının Müstəqillik Gününə həsr olunmuş hərbi paradda iştirak etmək üçün Minsk şəhərindədir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, hərbi qulluqçularımız digər ölkələrin parad heyətləri ilə birlikdə hazırlıq məşqlərinə başlayıblar.

Qeyd edək ki, hərbi paradda Azərbaycan Ordusunun bayraqdarlar heyəti ilə yanaşı Belarus Respublikası, Rusiya Federasiyası və Çin Xalq Respublikasının parad heyətləri də iştirak edəcəklər.