Sabirabadda ağır yol qəzası - 1 nəfər öldü
    • 29-06-2019, 10:21
    • 936

Sabirabadda ağır yol qəzası - 1 nəfər öldü

Sabirabad rayonunun Qaratəpə kəndində “Daewoo” və “ВАЗ” markalı iki minik avtomobili toqquşub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən News24.az-a məlumat verilib.

Məlumatda bildirilir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Daewoo” markalı avtomobildə sıxılı vəziyyətdə qalan 1 nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.