Leysan yağacaq, dolu düşəcək SABAHIN HAVASI
    • 29-06-2019, 12:25
    • 633

Leysan yağacaq, dolu düşəcək SABAHIN HAVASI

Azərbaycanda iyunun ilk günlərindən davam edən isti hava dalğasının təsiri səngiyəcək. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən News24.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 30-da bəzi yerlərdə daha güclü olacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 24-27° isti təşkil edəcək.
Bakıda gecə 20-22° isti, gündüz 25-27° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 750 mm civə sütunundan 755 mm civə
sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 30-35 % olacaq. 

Abşeronun şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba)
Güclü şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu 23-24° isti təşkil edəcək.
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) Güclü şimal-qərb küləyi əsəcək.
Dəniz suyunun temperaturu 24-25° isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə güclü olacaq. Havanın temperaturu gecə 18-23° isti, gündüz 29-34° isti, dağlarda gecə 12-17° isti, gündüz 18-23° isti təşkil edəcək.