Sabah Günəş tutulması baş verəcək
    • 1-07-2019, 11:26
    • 975

Sabah Günəş tutulması baş verəcək

Sabah Günəş tutulması (tam tutulma) hadisəsi baş verəcək.

News24.a
z xəbər verir ki, AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasınıdan verilən məlumata görə, Günəşin tam tutulması iyulun 2-3-nə təsadüf edəcək. 

Bu təbiət hadisəsi iyulun 2-si yerli vaxtla saat 20:55-də başlayacaq və iyulun 3-ü saat 01:50-də başa çatacaq.
Günəş tutulması Cənubi Amerika, Çili, Argentina və Sakit okeanın cənubundan aydın görünəcək. Təbiət hadisəsini Azərbaycanda müşahidə etmək mümkün olmayacaq.  

Növbəti tutulma dekabrın 26-na təsadüf edəcək.

Qeyd edək ki, ilk Günəş tutulması bu ilin yanvarın 6-da qeydə alınıb.