Fuad Abbasov Polad Bülbüoğluna TƏŞƏKKÜR ETDİ

Fuad Abbasov Polad Bülbüoğluna TƏŞƏKKÜR ETDİ
SOSİAL

02 iyul 2019, 14:27

Mətn ölçüsü

Bir neçə müddət Rusiyada fəaliyyət göstərən və daha sonra deportasiya edilən azərbaycanlı jurnalist Fuad Abbasov Azərbaycanın Rusiyadakı səfiri Polad Bulbuloğluna təşəkkür edib. 

News24.az-ın xəbərinə görə, bunu Azərbaycana gəldikdən sonra keçirdiyi ilk mətbuat konfransında jurnalist Fuad Abbasov bildirib.

"Azərbaycanın Rusiyadakı səfirliyi bir vətəndaş olaraq mənə sahib çıxdı", deyən jurnalist eyni zamnda ombudsmanı Elmira Süleymanovaya və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadəyə, millət vəkili Fazil Mustafaya təşəkkür edib.

Xatırladaq ki, Fuad Abbasov mətbuat konfransında Rusiyaya girişinə 50 illik qadağa qoyulduğunu qeyd edib.