Bu ərazidə rənglənmə işləri aparılacaq - Diqqət
    • 3-07-2019, 16:44
    • 895

Bu ərazidə rənglənmə işləri aparılacaq - Diqqət

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saat 22:00-dan səhər saatlarınadək Bakı şəhəri, Nəsimi rayonu Səməd Vurğun küçəsində üfiqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən News24.az-a verilən məlumata görə, sürücülərdən sözügedən küçədə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur