Bakıda güclü yanğın - SON DƏQİQƏ - VİDEO
    • 4-07-2019, 17:28
    • 702

Bakıda güclü yanğın - SON DƏQİQƏ - VİDEO

Bakının Xətai rayonunda yanğın hadisəsi baş verib.

Hadisə şahidlərinin verdikləri məlumata görə, Həzi Aslanov metrostansiyasının yanında avtoyumada yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri cəlb olunub.

Qurumun mətbuat xidmətindən bildirilib ki, yanğın lokallaşdırılıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

//Baku.ws