Abşeronda qadından həmcinsinə qarşı CİNAYƏT
    • 4-07-2019, 17:30
    • 1 235

Abşeronda qadından həmcinsinə qarşı CİNAYƏT

Abşeron rayonunda həmcinsinə qarşı dələduzluq etmiş qadına cinayət işi açılıb.

News24.a
z-ın məlumatına görə, Abşeron Rayon Polis İdarəsində Abdullayeva İlahə Kamal qızı barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1-ci, yəni, dələduzluq -  qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə maddəsi ilə iş açılıb. İş üzrə Ü.Abbasova zərərçəkən şəxs qisminə tanınıb. İlahə Abdulayevanın dələduzluq yolu ilə onun xeyli pulunu ələ keçirdiyi məlum olub. Artıq cinayət işinin ibtidai istintaqı yekunlaşdırılıb və iş üzrə materiallar Abşeron Rayon Məhkəməsinə göndərilib. İşə hakim Vaqif Həsənovun sədriyi ilə baxılacaq. Hazırlıq iclası iyuun 17-nə təyin edilib.