Daş-qaş  oğrusu ələ keçdi
    • 6-07-2019, 12:06
    • 720

Daş-qaş oğrusu ələ keçdi

DİN-in “102 – Zəng Mərkəzi” Xidmətinə iyunun 30-da “Motodrom” adlanan yaşayış sahəsindəki evlərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.

News24.az-a DİN Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar dərhal Binəqədi RPİ 40-cı Polis Bölməsinin əməkdaşları həmin ünvana gəlmiş, müvafiq tədbirlər həyata keçirilmişdir. Evdən 1500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilmişdir. 
 Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş M.Əlövsətov, arvadı P.Qarayeva və paytaxt sakini N.Rzayeva saxlanılmışlar. 
Araşdırma aparılır.