Azərbaycanda gənc yazar evində ÖLÜ TAPILDI
    • 6-07-2019, 12:49
    • 896

Azərbaycanda gənc yazar evində ÖLÜ TAPILDI

Azərbaycanda gənc yazar evində ölü tapılıb.

Mahmud Atakişiyev (İkinci Mahmud) bu gün yaşadığı Xətai rayonunda yerləşən evində vəfat edib.

Yazıçının dostu Ömər Mazanov  açıqlamasında bildirib ki, M.Atakişiyev bu gün səhər saatlarında həyat yoldaşına Könül Atakişiyevaya zəng edərək ürəyi ağrıdığını deyib.

Həyat yoldaşı evə çatanda onun artıq keçindiyini görüb. //APA