Ağ çiçəyim belə yandı - VİDEO - YENİLƏNİB
    • 8-07-2019, 10:24
    • 1 438

Ağ çiçəyim belə yandı - VİDEO - YENİLƏNİB

Bir qədər əvvəl Qara Qarayev prospekti "Xalqlar dostluğu” metrostansiyasının yaxınlığındakı "Ağ çiçəyim" gül dükanında yanğın baş verib. 

Bakı Nəqliyyat Agentliyindən News24.az-a verilən məlumata görə, əraziyə yanğın söndürmə və digər operativ nəqliyyat vasitələri əraziyə cəlb edilib. Bu səbəbdən də prospektin bu hissəsində sıxlıq var. Ərazidən keçən müntəzəm marşrut xətlərinin hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı Nəqliyyat Agentliyinin əməkdaşları ərazidə müvafiq tədbirlər görür.

Fövqəladə Hallar Nazirliyi yanğınla bağlı verdiyi məlumatda da bildirilir ki, Nizami rayonunda ümumi sahəsi 70 m² olan birmərtəbəli mağazanın mansardasının yanar konstruksiyaları, şüşə pambıq üzlüyü və mansardaya yığılan əşyalar 70 m² sahədə yanıb. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

10:00
***
Bakının Nizami rayonu, Qara Qarayev prospektində yerləşən "Ağ çiçəyim" gül dükanında baş verən yanğın söndürülüb.