Bakıda istismara verilən təzə avtobusun 1 gün sonrakı HALI – FOTO
    • 8-07-2019, 16:15
    • 1 906

Bakıda istismara verilən təzə avtobusun 1 gün sonrakı HALI – FOTO

Bakıda yenicə istifadəyə verilmiş marşrut avtobusu qəzaya uğrayıb.

News24.az-ın məlumatına görə, Xətai rayonu ərazisində 46 saylı marşrutun yeni istifadəyə verdiyi avtobuslardan biri qəzaya uğrayıb və qapı şüşələri qırılıb. 1 gün vvəl istifadəyə verilən avtobusa ciddi zərər dəyib. Xoşbəxtlikdən ciddi xəsarət alan olmayıb. Sürücülər bildiriblər ki, 46 saylı marşrut xəttində 9 yeni avtobus istifadəyə verilib.

Qeyd edək ki, dünən gecə saatlarında Suraxanı ərazisində Bakubus avtobusu da dəhşətli qəzaya düşüb və 5 nəfər yaralanıb.