Azərbaycanda məktəbli qızı zorla maşına mindirib APARDILAR
    • 9-07-2019, 13:55
    • 892

Azərbaycanda məktəbli qızı zorla maşına mindirib APARDILAR

Azərbaycanda yetkinlik yaşına çatmayan qızın qaçırılması hadisəsindən sonra tutularaq məsuliyyətə cəlb edilən qrup üzvlərindən biri Ali Məhkəməyə müraciət edib.

News24.az-ın məlumatına görə, Ağcabədi rayonunda baş verən hadisədən sonra saxlanılan və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.3-cü, yəni, adam oğurluğu - yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda maddəsi ilə ittiham edilən 4 nəfərdən biri olan Abdullayev Bəhruz İsmayıl oğlu bu maddə üzrə işin yenidən araşdırılmasını və ona bəraət verilməsini xahiş edib. 

İş hakim Fərhad Kərimovun icraatına verilib.

Qeyd edək ki, hadisə 12 oktyabr 2015-ci il tarixdə baş verib. Həmin vaxt qaçırılan və yetkinlik yaşına çatmayab 2001-ci il təvəllüdlü Sara Mehdiyeva orta məktəbin 9-cu sinfində oxuyub.

Kənd sakini Sadiq Fərzəliyev əvvəlcədən planlaşdırlmış şəkildə yaxın dostları Bəhruz Abdullayev, Samir Kazımov və Namiq Əhmədovla əlbir olaraq məktəbdən çıxıb evə gedən Sara Mehdiyevanı zorla avtomobilə mindirərək qaçırıblar.

Sara Mehdiyevanın Sadiq Fərzəliyev və digərləri tərəfindən oğurlanması barədə polisə şikayət edilib. Şikayət əsasında qız onlardan alınaraq ailəsinə təhvil verilib.

Sadiq Fərzəliyev, Samir Kazımov və Namiq Əhmədov Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu), Bəhruz Abdullayev isə 32.5,144.3-cü (adam oğurluğunda iştirakçılıq) maddələri ilə ittiham ediliblər.