Hüsniyə Məhərrəmova AzTV-də yeni vəzifəyə təyin olundu
    • 9-07-2019, 15:51
    • 2 860

Hüsniyə Məhərrəmova AzTV-də yeni vəzifəyə təyin olundu

Tanınmış teleaparıcı, bir çox uğurlu layihələrə imza atan, "Eurovision" nümayəndə heyətinin rəhbəri olmuş Hüsniyə Məhərrəmova Azərbaycan Dövlət Televiziyasında (AzTV) yeni vəzifəyə təyinat alıb. 

H.Məhərrəmovanın News24.az-a verdiyi xəbərə görə, o, bundan sonra kanalın Beynəlxalq Əlaqələr və Protokol Departamentinə rəhbərlik edəcək.
 
Onun sözlərinə görə, yeni vəzifəsində əsas işi AzTV-nin beynəlxalq yayım institutlarında uğurla təmsilçiliyinə nail olmaqdır. H.Məhərrəmova deyib ki, yeni dövrdə beynəlxalq layihələrin satın alınması və AzTV-yə cəlb edilməsinə çalışacaq. 

H.Məhərrəmova onu da əlavə edib ki, beynəlxalq layihələr üzərində artıq işləməyə başlayıblar və ən qısa müddətdə bu layihələri konkretləşdirib, AzTV-də yayımını təmin edəcək, bununla da kanalın daha baxımlı olacağına çalışacaqlar. 

AzTV-də yalnız departament rəhbəri kimi yox, eyni zamanda aparıcı kimi də fəaliyyət göstərəcəyini açıqlayan H.Məhərrəmova, ona iki verilişin həvalə olunduğunu vurğulayıb.