10 gün ərzində Bakıda 3 nəfəri gürzə İLANI SANCDI
    • 11-07-2019, 16:43
    • 3 191

10 gün ərzində Bakıda 3 nəfəri gürzə İLANI SANCDI

Bakıda 3 nəfəri gürzə ilanı sancıb. 

Bunu News24.az-a Bakı şəhər Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov bildirib. 

Onun sözlərinə görə, Mərkəzə ilan sancmaları ilə bağlı əsasən Bakı ətrafı kəndlərdən müraciət edilib. "İyulun 11-ə olan məlumata əsasən, 3 nəfəri gürzə ilanı sancıb. Bu ay əqrəb sancması ilə bağlı müraciət edən olmayıb".

Afaq Mirayiq