Sabah 36 dərəcə isti olacaq
    • 12-07-2019, 13:10
    • 719

Sabah 36 dərəcə isti olacaq

13 iyulda gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən News24.az-a verilən  məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 13-də hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Gecə saatlarında yarımadanın bəzi yerlərində şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 26-31, Bakıda gecə 22-24, gündüz 28-30 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan aşağı 751 mm civə sütunundan 756 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 50-55 faiz olacaq.
Abşeron çimərliklərində güclü şimal-qərb küləyi əsəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyulun 13-də bəzi yerlərdə şimşək çaxacağı, əsasən dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, leysan xarakterli intensiv olacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-25, gündüz 31-36, dağlarda gecə 12-17, gündüz 18-23 dərəcə isti təşkil edəcək.