ETSN-də BMT baş katibinin müavini ilə görüş keçirilib
    • 15-07-2019, 14:08
    • 779

ETSN-də BMT baş katibinin müavini ilə görüş keçirilib

İyulun 15-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində Bakıda səfərdə olan Birləşmiş Millətlər Təşkilatının Baş Katibinin müavini, BMT-nin “Səhralaşma ilə mübarizə haqqında” Konvensiyasının Baş Katibi İbrahim Tyao ilə görüş keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycanda səhralaşma problemi, quraqlığa gətirib çıxaran səbəblər, o cümlədən su ehtiyatlarının azalması, problemin həlli üçün sudan səmərəli istifadə və su itkilərinin azaldılmasının vacibliyi barədə fikir mübadiləsi aparılıb, bu sahədə Konvensiya ilə əməkdaşlığın perspektivləri müzakirə olunub.