Bakıda yaşayış binasında yanğın olub, 2 nəfər xəsarət alıb
    • 15-07-2019, 15:10
    • 899

Bakıda yaşayış binasında yanğın olub, 2 nəfər xəsarət alıb

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) News 24.az-averilən məlumata görə, hadisə Nərimanov rayonunda yerləşən beşmərtəbli yaşayış binasının 3-cü mərtəbəsində qeydə alınıb.

Belə ki, ümumi sahəsi 50 m² olan otaqlı mənzilin 1 otağında ev əşyaları 5 m² sahədə yanıb. 
Yüksək temperaturdan kondisioner, televizor və dəhlizin lambirindən ibarət tavanı 5 m² sahədə əriyib. Yanğın zamanı 2 nəfər xəsarət alıb. 
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. 
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.