DİM-dən ali məktəblərə qəbulla bağlı - İLGİNC STATİSTİKA

DİM-dən ali məktəblərə qəbulla bağlı - İLGİNC STATİSTİKA
SOSİAL

16 iyul 2019, 10:48

Mətn ölçüsü

DİM ali təhsil müəssisələrinə qəbul olmuş şəxslərin nəticələri haqqında statistik məlumatları açıqlayıb.

2019-ci il iyunun 30-da keçirilən imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən və TQDK-nın (DİM) əmri ilə ali təhsil müəssisələrinə qəbul olmuş şəxslərin nəticələri haqqında statistik məlumatları təqdim edirik. DİM-in mətbuat xidmətindən News24.az-a verilən məlumata görə,  imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1766 namizəddən 1611 nəfər keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanlarının nəticələrinə əsasən, ali təhsil müəssisələrinə qəbul olub. Bu şəxslərdən 432 nəfər imtahandan uğurla keçib (26.8%). 


Aşağıdakı cədvəldə bu şəxslərin TQDK-nın keçirdiyi qəbul imtahanlarında topladıqları bal intervalları, bal intervallarına görə dövlət qulluğuna qəbul üzrə test imtahanından qeydiyyatdan keçənlərin və imtahanlarda uğur qazananların sayı, faiz göstəriciləri verilmişdir. 201-300, 301-400, 401-500, 501‑600, 601-700 intervalında bal toplayanların müvafiq olaraq 16.8%-i, 24.2%-i, 32.7%-i, 44.7%-i, 60.0%-i test imtahanından uğurla keçib. Verilənlərə əsasən, əvvəlki imtahanlarda olduğu kimi bu imtahanda da uğur qazananların faiz göstəricilərinin bal intervallarına mütənasib olaraq artımı müşahidə olunur. 

Qeyd etmək lazımdır ki, müxtəlif illərdə ali təhsil müəssisələrinə qəbul zamanı müsabiqə şərtləri fərqli olmuşdur. Daha aşağı nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olan şəxslər əsasən qabiliyyət tələb edən ixtisasların müsabiqəsində iştirak edənlərdir. 


İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1766 namizəddən 155 nəfər ali təhsil müəssisələrinə TQDK-nın (DİM-in) əmri ilə qəbul olmamışdır. Onlardan yalnız 8 nəfər (5.2%) imtahanda uğur qazanmışdır. Müvəffəqiyyət əldə edənlərdən 5 nəfər  xaricdə yerləşən təhsil müəssisələrini, 3 nəfər isə ölkənin ali təhsil müəssisələrini bitirib. 




 Bal intervalı 

 
 

 Qeydiyyatdan keçib 

 
 

 Test imtahanından uğurla keçib 

 
 

 Faizlə (%)

 0-100

 13

 0

 0.0

 101-200

 116

 14

 12.1

 201-300

 411

 69

 16.8

 301-400

 459

 111

 24.2

 401-500

 373

 122

 32.7

 501-600

 179

 80

 44.7

 601-700

 60

 36

 60.0

 Yekun: 

 
 

1611 

 
 

432 

 
 

26.8