İndiyədək 800 mindən çox mina və partlamamış sursat ZƏRƏRSİZLƏŞDİRİLİB
    • 18-07-2019, 10:21
    • 888

İndiyədək 800 mindən çox mina və partlamamış sursat ZƏRƏRSİZLƏŞDİRİLİB

İndiyədək Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən ümumilikdə 535431256 kv.m ərazi təmizlənib.

ANAMA-dan News24.az-a verilən məlumata görə, agentlik tərəfindən 803,907 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.

2015-ci ildən indiyədək agentlik tərəfindən Fövqəlqadə Hallar Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən, Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, yerli icra orqanları və digər qurumların müraciətləri əsasında təcili təxirəsalınmaz əməliyyatları (tək sursat əməliyyatları) aparılıb, 3813674 kv.m ərazi yoxlanılıb və nəticədə 16493 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.