Biləcəridə yük qatarının vaqonu yanır - SON DƏQİQƏ!
    • 18-07-2019, 19:20
    • 661

Biləcəridə yük qatarının vaqonu yanır - SON DƏQİQƏ!

Biləcəri qəsəbəsində yük qatarlarının birində yanğın baş verib.

Bu barədə News24.az -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilir ki, nazirliyin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsində Şərq vaqon deposunda yük qatarının vaqonunda yanğın olması barədə məlumat daxil olub.

Qeyd edilir ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb olunub.