“Bakı Metropoliteni” 10 yeni vaqon alıb.
News24.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
Onun sözlərinə görə, növbəti 10 yeni vaqon Rusiyanın paytaxtı Moskvadan yola düşüb. Vaqonlar Bakıya çatıb sazlandıqdan sonra xəttə buraxılacaq.
Qeyd edək ki, vaqonların Bakıya avqust ayında çatacağı gözlənilir.
12:54
SOSİAL
"Bakı Metropoliteni" Rusiya istehsalı olan daha iki yeni qatarı XƏTTƏ BURAXDI22 avqust 2019, 11:45