Yasamalda 16 mərtəbəli yaşayış binasında YANĞIN OLDU
    • 20-07-2019, 16:04
    • 979

Yasamalda 16 mərtəbəli yaşayış binasında YANĞIN OLDU

Bakıda 16 mərtəbəli yaşayış binasında yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a verilən məlumata görə, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsindən 16-cı mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 30 p.m və binanın dam örtüyünün taxta atmaları 6 m² sahədə yanıb. Yanğın zamanı 6 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Şaxtanın qalan hissəsi, sayğaclar və mənzillər yanğından mühafizə olunub. 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.