Xırdalanda qadınlar arasında dava-dalaş – XƏSARƏT YETİRDİ
    • 22-07-2019, 10:16
    • 1 066

Xırdalanda qadınlar arasında dava-dalaş – XƏSARƏT YETİRDİ

Xırdalanda 2 qadın arasında baş vermiş dava-dalaşa görə cinayət işi açılıb.

News24.az-ın məlumatına görə, Abşeron Rayon Polis İdarəsinə müraciət edən B.Hacıyeva Səidə adlı qadının onu döydüyünü deyib. Xəstəxanaya yerləşdirilən qadının həqiqətən S.Məmmədova tərəfindən döyüldüyü müəyyənləşdirildikdən sonra həmin qadın barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci, yəni, qəsdən sağlamlığa az ağır zərər vurma maddəsi ilə iş açılıb.

Qeyd edək ki, həmin maddəyə əsasən hadisəni törədən şəxs 2 il müddətinədək həbs cəzasına məhkum edilə bilər.