Bakıda gənc qız özünü 9-cu mərtəbədən ATMAQ İSTƏDİ – VİDEO
    • 23-07-2019, 17:53
    • 779

Bakıda gənc qız özünü 9-cu mərtəbədən ATMAQ İSTƏDİ – VİDEO

Paytaxtın Xətai rayonunda gənc qız intihara cəhd edir.

Qız “Ukrayna” dairəsinin yaxınlığındakı 9 mərtəbəli binanın damına çıxaraq, özünü atmaq istəyir. Hazırda əraziyə gələn hüquq-mühafizə orqanları və FHN əməkdaşları gənc qızı fikrindən daşındırmağa çalışıblar. Nəticədə polislər qızın başını qataraq, onu ölümdən xilas ediblər. Daha sonra binadan aşağıya düşürülən qız ərazi üzrə polis idarəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır və onun nə üçün intihara cəhd etməsi araşdırılır. /unikal.org/