Gömrükçülər sərhəddə 6800 ədəd qanunsuz siqaret AŞKARLADI - FOTO

Gömrükçülər sərhəddə 6800 ədəd qanunsuz siqaret AŞKARLADI - FOTO
SOSİAL

24 iyul 2019, 16:00

Mətn ölçüsü

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında 2 fakt üzrə 6800 ədəd siqaretlərin və 15 ədəd spirtli içkilərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşlarının idarə etdiyi "BMW528" və "Opel Vectra" markalı avtomobillər saxlanılıb, gömrük baxışı keçirilib.

Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən 6800 ədəd"King" markalı siqaretlər, hər biri 1 litr olmaqla 15 ədəd "Nemiroff" markalı spirtli içkilər aşkarlanıb.