Bakı metrosunda qatar tuneldə qaldı - SƏBƏB

Bakı metrosunda qatar tuneldə qaldı - SƏBƏB
SOSİAL

26 iyul 2019, 11:02

Mətn ölçüsü

Bakı Metropolitenində növbəti problem yaranıb. 

News24.az xəbər verir ki, hazırda qatarların hərəkəti tam dayanıb. Problemin nə ilə əlaqəli olduğu öyrənmək üçün metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovla əlaqə saxladıq.

O, Həzi Aslanov-Dərnəgül xətti ilə hərəkət edən qatarda Qara Qarayev stansiyasında nasazlıq yarandığını və sərnişinlərin qatarlardan boşaldıldığını bildirib. Bu səbəbdən də onun ardınca gələn qatarlar tuneldə təxminən 12 dəqiqə gözləməli olub. B.Məmmədov hazırda qatarların hərəkətinin bərpa olunduğunu deyib. Bəxtiyar Məmmədov onu da bildirdi ki, qatar tuneldə olduğu zaman sərnişinlərdən həyəcan keçirən və halı pisləşən olmayıb.