Penitensiar xidmətə 39 yeni avtomobil alındı - FOTOLAR
    • 29-07-2019, 12:26
    • 1 098

Penitensiar xidmətə 39 yeni avtomobil alındı - FOTOLAR

Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Ceyhun Həsənovun iştirakı ilə xidmətin Mühafizə Alayında yeni alınmış avtomobillərə baxış keçirilib.

Penitensiar xidmətdən News24.az-a verilən məlumata görə, yeni avtomobillər müvafiq xidmət sahələri üzrə çalışan və xüsusi təlim keçmiş əməkdaşlara təhkim olunub. Bildirilib ki, Penitensiar xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi, məhkumların və həbs edilmiş şəxslərin etibarlı müşaiyəti, əməkdaşların xidmət yerlərinə daşınmasının təmin edilməsi üçün nəqliyyat parkının yenilənməsi məqsədilə 39 müxtəlif təyinatlı yeni avtomobil alınıb.