AZAL-ın təyyarəsinin pəncərəsinin sınması uçuşu 12 saat LƏNGİDİB
    • 31-07-2019, 10:47
    • 1 412

AZAL-ın təyyarəsinin pəncərəsinin sınması uçuşu 12 saat LƏNGİDİB

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) ötən gün saat 13:20-də, “J2 076” reysi üzrə Türkiyənin İstanbul şəhərindən Bakıya uçmalı olan sərnişin təyyarəsi təxminən 12 saat gec yola düşüb

Buna səbəb təyyarənin pəncərəsinin sınması olub. 
Son nəticədə avialayner havaya bu gecə saat 01:10-da qalxıb və saat 03:20-də Heydər Əliyev Beynəlxalq Aeroportuna enib. 
AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski “Report”a faktı təsdiq edib. 
Xatırladaq ki, “J2 076” reysi üzrə uçuşlar "Airbus A340-500” markalı təyyarələrilə həyata keçirilir. /report/