Cəlilabad sakini GÜNVURMADAN ÖLDÜ

Cəlilabad sakini GÜNVURMADAN ÖLDÜ
SOSİAL

01 avqust 2019, 11:36

Mətn ölçüsü

Cəlilabad rayon sakini günvurmadan ölüb.
Rayon sakini, 1979-cu il təvəllüdlü Nəcəfov Anar həyətində iş görən zaman huşunu itirərək yıxılıb.
O, dərhal yaxınları tərəfindən xəstəxanaya çatdırılıb. Xəstəxanada A.Nəcəfovun günvurmadan öldüyü məlum olub. 
Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, artıq 2 gündür Cəlilabad rayonunda digər günlərə nisbətən daha isti hava şəraiti müşahidə olunur. /report/