Peşə təhsili müəssisələrinə ərizə qəbulunun vaxtı bəlli oldu
    • 2-08-2019, 10:43
    • 848

Peşə təhsili müəssisələrinə ərizə qəbulunun vaxtı bəlli oldu

Bu gün Peşə Təhsili üzrə Dövlət Agentliyi peşə təhsili müəssisələrinə sənəd qəbulu ilə bağlı mətbuat konfransı keçirilib.

News24.az xəbər verir ki, agentliyin direktor müavini Amil Əlili bu il də peşə təhsili müəssisələrinə sənəd qəbulunun Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçiriləcəyini bildirib: "Peşə təhsili müəssisələrinə ərizə qəbulu 5–20 avqust tarixlərində Bakı və rayonlarda 15 “ASAN xidmət” mərkəzində, “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz formada və elektron qaydada həyata keçiriləcək. 145 ixtisas üzrə sənəd qəbulu olacaq və bunlardan 23-ü yeni ixtisaslardır. Əsasən sənaye sahəsində yeni ixtisaslar yaradılıb. Yeni ixtisaslar isə Logistika mütəxəssisi, Avtomobil diaqnostikası, Turizm təşkilatçısıdır”.