ETSN-dən əhaliyə xəbərdarlıq: HAVA KƏSKİN DƏYİŞƏCƏK

ETSN-dən əhaliyə xəbərdarlıq: HAVA KƏSKİN DƏYİŞƏCƏK
SOSİAL

02 avqust 2019, 17:33

Mətn ölçüsü

Avgustun birinci ongünlüyündə ölkə ərazisində  qeyri–sabit hava şəraitinin üstünlüyü gözlənilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentidən News24.az-a verilən məlumata görə, bir neçə gün davam edən isti hava şəraitindən sonra, şımal-qərbdən hərəkət edən soyuq atmosfer cəbhəsinin təsiri nəticəsində, avqustun 02-i axşamdan  04-dək əsasən Böyük və Kiçik Qafqazın  rayonlarında  hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə  yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək  güclənəcək. Çaylarda sululuğun artacağı gözlənilr.

Avqustun 4-də hava sabit keçsə də, qısa fasilədən sonra  05-06 avqustda yenidən bəzi rayonlarda qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, ayın 05-də ayrı-ayrı yerlərdə arabir 30-35 m/s-dək  güclənəcəyi proqnozlaşdırılır.  Əsasən şimal və qərb rayonlarında arabir yağış yağacaq. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Bakıda və Abşeron yarımadasında avqustun 05-i səhərdən 08-dək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, 05-də yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir.

Yaxın günlərdə gözlənilən küləkli hava şəraiti ilə əlagədar əhalini acıq havada olarkən bu faktoru nəzərə almaqlarını tövsiyə edirik.